Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Bayraq Muzeyinin inşasında son tamamlama işləri görülür

05 sentyabr 2016 | 11:00

Ağdam rayonunun girişində - Bayraq Meydanının yaxınlığındakı parkda inşa edilən Bayraq Muzeyində son tamamlama işləri görülür.Müasir memarlıq üslubunda tikilən binanın sahəsi 320 kvadratmetrdir. Muzey binası foye, ekspozisiya zalı, inzibati otaqlardan ibarətdir.
Burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, gerblər və sair sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına geniş imkan yaradacaq.
Bayraq Muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər