Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə adı qazanmış gənclərlə görüş keçirildi

30 avqust 2016 | 11:00

Avqustun 30-da ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə Quzanlı qəsəbə Mədəniyyət evində görüş keçirilmişdir. Tədbirdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisə deputat seçilən Ağalar Vəliyev iştirak etmişlər.
Sonra Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini Ağa Zeynalov  çıxış edərək ötənilki dərs ilinin yekunları barədə məlumat verərək tələbə adını qazanan məzunları təbrik etmişdir.
Daha sonar Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova çıxış edərək bildirmişdir ki,  bu il rayon məktəblərində 1325 nəfər məzun adını almışdır. Onlardan 666 nəfər ali məktəblərə sənəd vermişdir. 451 nəfər ali məktəblərə qəbul olmuşdur. 28 nəfər 600-dən, 51 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdi.
Sonra tələbə adını qazanmış məzunlar çıxış edərək onlara yaradılan şəraitə görə Ölkə rəhbərliyinə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. Qeyd etmişlər ki, onlar da çalışacaqlar ki bu etimadı doğruldaraq ölkəmiz və rayonumuz üçün layiqli kadr kimi yetişsinlər.
Sonra Milli Məclisin deputatı Ağalar Vəliyev təbrikə qoşularaq gənclərə öz tövsiyələrini vermişlər.
Ağdam Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək tələbələri təbrik etmiş onlara təhsildə uğurlar diləmişdir. Gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.
Tədbirin sonunda 500 və 600 -dən yuxarı bal toplayan tələbələrə Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən hədiyyələr, pul mükafatları verildi.

Keçidlər