Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib.

28 iyun 2016 | 11:00

26 iyun Narkotiklərlə mübarizə günü ilə əlaqədar Ağdam rayon icra hakimiyyəti tərəfindən, “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə” mövzusunda seminar təşkil edilib. Tədbirdə rayon icra hakimiyyətinin hüquq şöbəsinin əməkdaşları, rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları, rayon gənclər və idman idarəsinin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə Ağdam rayon icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Tahir Abbasov açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən və bu bəlanın dünyada çox böyük vüsət aldığı haqqında məlumat vermişdir.

Keçidlər