Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda insan hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası müzakirə edilib

23 iyun 2016 | 11:00

Ağdam rayonu Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrının zalında  keçirilən ictimai dinləmədə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, habelə ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov açaraq, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələrin əhəmiyyətini vurğulayıb.
Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən Ombudsman Elmira Süleymanova hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə ölkəmizdə Ombudsman təsisatının yaradılması, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər geniş müzakirə olunub.

Keçidlər