Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə xəttində yerləşən Ağdam rayonunda təhlükə hələdə davam edir

17 may 2016 | 11:00

Rayon rəhbəri Ermənistan hərbçilərinin qoşunların təmas xəttində yaratdığı gərginliyə və dinc əhalini qəsddən atəşə tutması nəticəsində sakinlərin gündəlik həyat şəraitlərində yaranan bir sıra çətinliklərə, qoşunların təmas xəttindəki hadisələrlə əlaqədar olaraq cəbhə kəndlərində dinc sakinlər arasında gərginlik qalmaqdadır:

“Ancaq prezidentin cəbhə bölgəsinə gəlməsi, burada yaşayan insanlarla görüşməsi əhali arasında ruh yüksəkliyinə səbəb oldu. Məhs bu səbəbdən də evləri artilleriya atəşinə məruz qalan əhali geri qayıdaraq əvvəlki qayda da öz təsərrüfat işləri ilə məşğul olur. Təmas xəttinə yaxın ərazilərdə işləmək yenə də təhlükəlidir. Çünki düşmən tərəfi təmas xəttinə yaxın ərazilərdəki əkin sahələrində işləyən insanları atəşə tutmaqdan çəkinmir”.
“Təmas xəttinə yaxın yerləşən ərazilərdə bu gün əkin aparmaq mümkün olmur. İnsanların düşmən hərbçilərinin müşahidə edə biləcəyi ərazilərə getməsi onlar üçün həyati təhlükə yaradır. Buna görə də həmin ərazilərdə əkilmiş bitkiləri alaqlardan təmizləmək, suvarmaq və aqrotexniki xidmət göstərmək mümkün olmadığına görə bitkilər tələf olmaqdadır. Lakin bütün bu çətinliklərə baxmayaraq rayonun ərazisində əhali öz təsərrüffatları ilə məşğul olmaqda davam edir. Hazırda Ağdam rayonunda 550 hektardan artıq pambıq, 300 hektara qədər kartof, 250 hektardan artıq çuğundur, 1500 hektardan çox soğan, ümumilikdə isə rayon ərazisində 2500 hektar tərəvəz bitkiləri əkilib”.
Son hadisələr zamanı Ağdam rayonunda suvarma sisteminə də xeyli ziyan dəyib. Belə ki, erməni ordusunun yaşayış məntəqələrinə və əkin sahələrinə atdığı mərmilər nəticəsində suvarma sisteminə xidmət göstərən 34 subartezian quyusuna ziyan dəyib. Bundan başqa artezian quyularının işləməsində ən vacib rol oynayan elektirik təsərrüffatı da hadisələrdən ziyansız ötüşməyib.
Məlum hadisələr zamanı elektrik təsərrüfatına da ciddi ziyan dəytib. Belə ki, Ağdam rayonu ərazisində Əhmədağalı kəndində 250 kv saatlıq transvarmator, Sarıcalı kəndində 100 kv saatlıq transvarmator, Qaradağlı kəndində 4 Mv saatlıq transvarmator, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi tamamilə sıradan çıxıb.
Bütün sahələrdə dəymiş ziyan aradan qaldırılsa da, əkin sahələrinə dəyən ziyanın aradan qaldırılması məlum səbəblərdən hələ də mümkün deyil.

Keçidlər