Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin doğum günündə Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilən avtovağzal kompleksinin açılışı olub.

10 may 2015 | 10:00

Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, Hüquq Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan tikini-quruculuq işlərindən danışıblar. Bildirilib ki, bu il Quzanlı qəsəbəsində mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Çay evinin tikintisi başa çatdırılıb. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik litseyin binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbimnin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Bütün görülən bu işlərə baxmayaraq bundan sonra bu cür tikinti üuruculuq işlərinin davam edəcəyini və bunun üçün nə lazımdısa ediləcəyi vurğulanıb.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar avtovağzal kompleksi ilə tanış olublar. Müasir tələblər səviyyəsində inşa olunan ikimərtəbəli avtovağzal binası gözləmə zalı, inzibati otaqlar, tibb, ana-uşaq, ibadət və istirahət otaqları, kassa, dispetçer, bufetdən ibarətdir. Ümumi sahəsi 448 kvadratmetr olan avtovağzal binası internet və müşahidə sistemi ilə təmin olunub.
Avtovağzal ərazisində, həmçinin sərnişinlər və sürücülər üçün məişət, ticarət, iaşə xidməti göstərəcək obyektlər, avtobusların təmiri sexi də fəaliyyət göstərəcək.

Keçidlər