Home Contact Phone
background
  • Ünvan: Ağdam rayonu , Quzanlı qəsəbəsi
  • Faks: (+994 26) 325-00-05
  • E-mail: mail@agdam-ih.gov.az

Xəbərlər

  • Ağdamda tikinti-quruculuq işləri davam etdirili...

    Ağdamda tikinti-quruculuq işləri davam etdirilir

    2019-05-15

    Ağdamda tikinti-quruculuq işləri davam etdirilir 2019-cu ilin birinci rübündə Ağdam rayonunda tikinti-quruculuq işləri davam etdirilir. Bu dövrdə Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərində məcburi köçkünlərin yaşadığı 4 mərtəbəli yaşayış binasında 15 ədəd iki otaqlı və 3 ədəd bir otaqlı mənzillər təmir edilib. Rayon ərazisində üç mindən çox ağac əkilib. Hazırda təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən davam etdirilir. Xındırıstan kəndindəki məscid binası və məişət evi əsaslı təmir olunur, istirahət parkı salınır, Quzanlı qəsəbəsində qonaq evi inşa edilir.

  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaq...

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci Yüzbaşlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

    2019-05-15

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci Yüzbaşlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib mayın 15-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Yüzbaşlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

  • Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşlar...

    Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib.

    2019-05-08

    Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib.

  • Ağdamda “Vətənin müdafiəsinə hazıram!” ...

    Ağdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib

    2019-05-03

    Ağdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

  • Heydər Əliyev Fondu Ağdamda konsert proqramı t...

    Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

    2019-05-02

    Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

Foto qalereya