Ağdamda COVİD-19 infeksiyasına qarşı vaksinləşməyə start verildi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 19 yanvar 2021-ci il tarixdən ölkə ərazisində COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesinə başlanılmışdır.
Ağdamda 20 Yanvar şəhidləri anılır 20 Yanvar 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Ağdam rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə və şəhidlər xiyabanında xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla 20 Yanvar şəhidləri anılır.
Prezident İlham Əliyev: Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır;
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əfətli kənd sakini, şəhid anası Səriyyə Quliyeva ilə görüşmüşdür.